İlham Əliyev: Azərbaycan-NATO tərəfdaşlığının uzun tarixi var

İlham Əliyev: Azərbaycan-NATO tərəfdaşlığının uzun tarixi var

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var.

"Birxeber.Az" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə mətbuata bəyanatında bildirib.

Azərbaycanın Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etdiyini xatırladan dövlətimizin başçısı bildirib: “Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci ilin axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir”.