Premyer Liqa: "Sabah" "Sumqayıt"ı məğlub edib

Premyer Liqa: "Sabah" "Sumqayıt"ı məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub.

"Birxeber.Az"un məlumatına görə, günün ikinci matçında "Sumqayıt" "Sabah"ı qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə bitib - 2:1. "Bayquşlar"ın heyətində Anatoli Nuriyev 25-ci dəqiqədə hesabı açıb. 62-ci dəqiqədə Murad Xaçayev avtoqol müəllifi olub. 84-cü dəqiqədə meydan sahiblərinin heyətində Erik Sorqa fərqi azalda bilib.

Bu nəticədən sonra 40 xala malik olan "Sabah" ikinci pillədəki "Neftçi"yə çatıb. "Gənclik şəhəri" təmsilçisi 39 xalla beşincidir.

Qeyd edək ki, günün ilk görüşündə "Qarabağ" səfərdə "Turan Tovuz"u məğlub edib - 3:1. Əvvəlki oyunlarda "Neftçi" "Səbail"i (3:0), "Zirə" "Kəpəz"i (2:1) məğlub edib. "Araz-Naxçıvan" - "Qəbələ" matçında qalib müəyyənləşməyib - 1:1.