Netanyahu İsrailin Qəzzanın cənubundakı Rəfahda əməliyyata başlayacağını elan edib

Netanyahu İsrailin Qəzzanın cənubundakı Rəfahda əməliyyata başlayacağını elan edib

İsrail mülki əhalinin ərazidən çıxarılmasını təmin etdikdən sonra bir neçə həftə ərzində Qəzza zolağının cənubundakı Rəfahda əməliyyat keçirəcək.

“Birxeber.Az” xəbər veri ki, bunu İsrail Nazirlər Kabinetinin həftəlik iclasını açan Baş nazir Binyamin Netanyahu deyib.

"Rəfahda əməliyyat keçirəcəyik. Bu, bir neçə həftə çəkəcək və bu baş verəcək", - Netanyahu bildirib. “Hərbi təzyiq (Fələstin radikal hərəkatı) HƏMAS-ın qalan batalyonlarını məhv etməyin və bütün girovları azad etməyin yeganə yoludur”, - onun dəftrəxanası Baş nazirin bəyanatlarını yayıb.

"Biz Rəfahda əməliyyat planlarını, o cümlədən mülki əhalinin döyüş bölgəsindən təxliyəsi üzrə addımları təsdiqləmişik", - Nazirlər Kabinetinin rəhbəri davam edib. "Bu, hərbi əməliyyat ərəfəsində zəruri mərhələdir", - Netanyahu əlavə edib.

Bundan əvvəl Netanyahunun Dəftərxanası qeyd edib ki, İsrail ordusu əməliyyat tədbirləri görməyə və Rəfahda yerli əhalinin təxliyəsinə başlamağa hazırdır.