NATO-nun Baş katibi Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB

NATO-nun Baş katibi Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB

NATO-nun Baş katibi Yens Stoltenberq martın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

APA xəbər verir ki, Azərbaycan Respublikasının və NATO-nun bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş katib Yens Stoltenberqi xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

***

saat 18.18

NATO Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri başlayıb.

APA-nın xəbərinə görə, bu barədə Alyansın X hesabında paylaşım edilib.

Qeyd edilib ki, NATO Baş katibi Bakıdan başlayaraq Azərbaycan, Gürcüstan və Ermənistana səfər edir.