Premyer Liqa: "Qarabağ" səfərdə qələbə qazanıb

Premyer Liqa: "Qarabağ" səfərdə qələbə qazanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun daha bir oyunu keçirilib.

"Birxeber.Az"un məlumatına görə, günün ilk matçında "Turan Tovuz" "Qarabağ"ı qəbul edib.

Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərində 10-cu dəqiqədə penaltidən Otto Con fərqlənib. Ağdam təmsilçisinin qollarını 56-cı dəqiqədə Nəriman Axundzadə, 73-cü dəqiqədə Patrik Andrade, 90+4-cü dəqiqədə penaltidən Toral Bayramov vurub.

Lider "Qarabağ" xallarının sayını 66-ya çatdırıb. Tovuz klubu 35 xalla 7-cidir.

Qeyd edək ki, tura bu gün baş tutacaq "Sumqayıt" - "Sabah" görüşü ilə yekun vurulacaq. Əvvəlki oyunlarda "Neftçi" "Səbail"i (3:0), "Zirə" "Kəpəz"i (2:1) məğlub edib. "Araz-Naxçıvan" - "Qəbələ" matçında qalib müəyyənləşməyib - 1:1.