Rusiyanın yaşayış məntəqəsi ukraynayönümlü hərbçilərin nəzarətinə keçib

Rusiyanın yaşayış məntəqəsi ukraynayönümlü hərbçilərin nəzarətinə keçib

Rusiyanın Belqorod vilayətinin Qorkovski qəsəbəsi Ukrayna tərəfdə savaşan “Rusiyanın azadlığı” legionunun nəzarətinə keçib.

“Report” xəbər verir ki, bu barədə legion teleqramda bildirib.

“Belqorod vilayətinin Qorkovski qəsəbəsi “Rusiyanın azadlığı” qüvvələrinin nəzarəti altındadır”, – məlumatda diqqətə çatdırılıb.

Açıqlanıb ki, hərbi əməliyyat “içkeriyalı könüllülər”lə birgə aparılıb.

Xatırladaq ki, daha öncə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andriy Yusov Rusiyanın Belqorod və Kursk vilayətlərinin “aktiv döyüş əməliyyatları zonasına” çevrildiyini açıqlayıb.

Qeyd edək ki, “Rusiyanın azadlığı” legionu rusiyalı əsir və könüllülərdən ibarət hərbi birləşmədir. Ukrayna Silahlı Qüvvələrinə tabedir. 2023-cü ilin martında Rusiyanın Ali Məhkəməsi legionu terror təşkilatı kimi tanıyıb.