Bakı-Moskva təyyarəsi Domodedovo hava limanına yola düşüb - YENİLƏNİB

Bakı-Moskva təyyarəsi Domodedovo hava limanına yola düşüb - YENİLƏNİB

“Domodedovo” hava limanının müvəqqəti bağlanması ilə əlaqədar Şeremetyevoda enən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Domodedovo aeroportuna yola düşüb və Bakı vaxtı ilə saat 16:13-də orada eniş edib.

Bu barədə "Report"a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

13:12

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Moskva (Domodedovo hava limanı) marşrutu üzrə J2 181 reysini yerinə yetirən təyyarəsi hava limanının bağlı olması ilə əlaqədar Şeremetyevo aeroportuna enib.

Bu barədə "Report" “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

Təyyarə Bakı vaxtı ilə saat 12:15-də Şeremetyevo hava limanına uğurla eniş edib.

Domodedovo aeroportunun bağlanmasına təhlükəsizlik tədbirləri səbəb olub.

Əlavə suallar yarandıqda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.