Sığorta brokerinin peşə məsuliyyətinin sığortası üzrə minimum məbləğ müəyyən edilib

Sığorta brokerinin peşə məsuliyyətinin sığortası üzrə minimum məbləğ müəyyən edilib

Sığorta brokerinin peşə məsuliyyətinin sığortası üzrə sığorta məbləği müəyyən edilib.

"APA-Economics" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası bununla bağlı qərar qəbul edib.

Qərara əsasən sığorta brokerinin peşə məsuliyyətinin sığortası üzrə sığorta məbləğinin minimum həddi fiziki şəxs olan sığorta brokerinin peşə məsuliyyətinin sığortası üzrə 200 min manat, hüquqi şəxs sığorta brokerinin peşə məsuliyyətinin sığortası üzrə 1 milyon manat müəyyən edilib.