Azərbaycan millisi ikinci oyunda da məğlub olub

Azərbaycan millisi ikinci oyunda da məğlub olub

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II turunda B liqasının 2-ci qrupunda növbəti oyununu keçirib.

"Birxeber.Az"un məlumatına görə, yığma Sloveniyadan olan həmyaşıdları ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 0:4.

İlk matçda Bolqarıstana 1:6 hesabı ilə uduzan U-17 martın 20-də Moldova ilə görüşəcək.