İtaliya baş naziri: “Putinə zəng etməyin heç bir mənası yoxdur, çünki o...”

İtaliya baş naziri: “Putinə zəng etməyin heç bir mənası yoxdur, çünki o...”

“Rusiya prezidenti Vladimir Putinə zəng etməyin heç bir mənası yoxdur. Çünki o, uktraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar aparmaq istəmir və sülh axtarışında deyil”.

Birxeber “Birxeber”a istinadən xəbər verir ki, bunu İtaliyanın Baş naziri Mario Draqi ölkəsinin “Corriere Della Sera” nəşrinə müsahibəsində deyib.

“Sona qədər ümid edirdim ki, Putin bunu etməyəcək. Müharibə başlamazdan əvvəl ona zəng vurdum. Lakin bir neçə həftə sonra o, hücuma keçdi. Onunla sona qədər danışmağa çalışdım. Hələlik Putinin məqsədi sülh axtarmaq deyil. Onun niyyəti Ukraynanın müqavimətini qırmaq, ölkəni işğal etməkdir”, - hökumət başçısı söyləyib.

O, İtaliyanın Ukraynanın yanında olacağını bildirib. “Səfirliyimiz artıq Kiyevdə işini bərpa edib. Bir çoxları kimi, mən də düşünürdüm ki, Rusiyanın sürətli qələbəsi qonşu dövlətlər üçün təhlükə olacaq. Lakin bu, baş vermədi. Qələbə olmadı və bunun nə vaxt olacağını da bilmirik. Prezident Zelenskinin dediyi kimi, Ukraynada xalq orduya çevrilib. Biz uzun sürən zorakılıq və dağıntılarla qarşı-qarşıyayıq. Bu müharibə davam edəcək. Bununla belə, Ukrayna xalqının Rusiyanı qəbul edə biləcəyinə dair heç bir əlamət yoxdur”.

M.Draqi V.Putinlə telefon danışığı zamanı Ukrayna Prezidenti V.Zelenski ilə mümkün görüşü barədə soruşduğunu da xatırladıb.

“Putin dedi ki, bunun vaxtı hələ çatmayıb. Mən atəşkəs barədə təkid edəndə o, bunun da vaxtının hələ çatmadığını vurğuladı. Bir neçə gün ərzində yenidən danışacağımıza söz verərək vidalaşdıq. Amma sonra Buçadan dəhşətli xəbərlər gəldi. Beləliklə, mən başa düşdüm ki, danışıqlar, həqiqətən, mənasızdır”,- İtaliyanın Baş nazir əlavə edib.

Birxeber
DÜNYA DÜNYA
Türkiyədə hərbçiləri daşıyan avtomobil aşıb, ölən və yaralananlar var

Türkiyədə hərbçiləri daşıyan avtomobil aşıb, ölən və yaralananlar var

DÜNYA DÜNYA
Rusiyanın Ukraynada verdiyi son itkilər - YENİ RƏQƏMLƏR

Rusiyanın Ukraynada verdiyi son itkilər - YENİ RƏQƏMLƏR

DÜNYA DÜNYA
Ermənistan müxalifəti təhlükəsizlik qüvvələrinə xəbərdarlıq etdi

Ermənistan müxalifəti təhlükəsizlik qüvvələrinə xəbərdarlıq etdi

DÜNYA DÜNYA
ÜST fövqəladə səhiyyə vəziyyətlərinə hazırlığı müzakirə edəcək

ÜST fövqəladə səhiyyə vəziyyətlərinə hazırlığı müzakirə edəcək

DÜNYA DÜNYA
Zelenskinin Baku TV-nin müxbirinə CAVABI: “Azərbaycanın dəstəyini hər zaman hiss etmişik” - VİDEO

Zelenskinin Baku TV-nin müxbirinə CAVABI: “Azərbaycanın dəstəyini hər zaman hiss etmişik” - VİDEO

DÜNYA DÜNYA
Rusiyanın 12 kilometrlik hərbi karvanı Xarkova doğru irəliləyir - FOTO

Rusiyanın 12 kilometrlik hərbi karvanı Xarkova doğru irəliləyir - FOTO

DÜNYA DÜNYA
Rusiya hərbçiləri Xersonda deputatı qaçırıblar

Rusiya hərbçiləri Xersonda deputatı qaçırıblar

DÜNYA DÜNYA
Rusiya Ukraynada 22 min 400 hərbçisini iturub - Ukrayna MN

Rusiya Ukraynada 22 min 400 hərbçisini iturub - Ukrayna MN

DÜNYA DÜNYA
Podolyak: "Mariupolda səyyar krematoriyalar insanların cəsədlərini yandırır" - FOTO

Podolyak: "Mariupolda səyyar krematoriyalar insanların cəsədlərini yandırır" - FOTO

DÜNYA DÜNYA
Kiyevdə Zelenski, Borrel və Ursual fon der Leyenin görüşü başladı

Kiyevdə Zelenski, Borrel və Ursual fon der Leyenin görüşü başladı

DÜNYA DÜNYA
“Facebook” rəhbərindən “WhatsApp”dakı yeniliklə bağlı paylaşım – FOTO

“Facebook” rəhbərindən “WhatsApp”dakı yeniliklə bağlı paylaşım – FOTO

DÜNYA DÜNYA
Rus ordusu Ukraynanın Kremennaya şəhərinə girdi, küçə döyüşləri başladı

Rus ordusu Ukraynanın Kremennaya şəhərinə girdi, küçə döyüşləri başladı