2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda "NovruzFest" keçirilib

2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda "NovruzFest" keçirilib

2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda "NovruzFest" keçirilib.

"Birxeber.Az"un Cənub bürosunun məlumatına görə, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən festival Heydər Əliyev parkında baş tutub.

Festivalda Gənclər evlərinin Novruz atributları və bahar əhval-ruhiyyəsini əks etdirən sərgiləri, həmçinin bölgələrimizdən olan gənclərin iştirakı ilə milli-mənəvi dəyərlərimizlə bağlı fəaliyyətlər, folklor, musiqi və ifalar nümayiş etdirilib.

Tədbirə 3 mindən çox insan qatılıb, Gənclər Paytaxtının maskotları olan simvolik limon və çay da festivala rəng qatıb.

Qeyd edək ki, festivalın məqsədi milli mədəniyyətimizi və mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz ənənələrinin gənclər arasında təbliğ olunması, yaşadılması, region gənclərinin sosial mədəni həyatına, bayram əhval ruhiyyəsini artırılmasına töhfə vermək, eyni zamanda insanlar arasında birlik və mehribanlığı möhkəmləndirməkdir.