Səudiyyəli nazir: "Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə sərmayə yatırmaqda maraqlıyıq" 

Səudiyyəli nazir: "Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə sərmayə yatırmaqda maraqlıyıq" 

"Səudiyyə Ərəbistan Krallığının Azərbaycana gələn nümayəndə heyətinin tərkibində olan investorlar azad edilmiş ərazilərə sərmayə yatırmaqda maraqlıdırlar".

"Report" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Hökuməti arasında Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih Zəngilanda jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanından Azərbaycana geniş nümayəndə heyəti gəlib, onlar yalnız dövlət sektorunda təmsil edilmirlər, həmçinin burada özəl sektorun nümayəndələri də var:

"Nümayəndə heyətinin tərkibində Azərbaycanda energetika, xüsusilə "yaşıl energetika", kənd təsərrüfatı, eko-turizm, hotel kimi sahələrə sərmayə yatırmağa maraqlı olan investorlar var. Hesab edirəm ki, azad edilmiş ərazilərdə infrastruktur tam olanda Səudiyyə Ərəbistanı və ətraf ölkələr üçün maraq kəsb edəcək. Bu ərazilərdə turizm cəlbedicidir".

Nazir deyib ki, Səudiyyə Ərəbistanının texnologiya şirkətləri Azərbaycanda bu sahəyə investisiya yatırmağı nəzərdən keçirirlər:

Xalid bin Əbdüləziz Əl-Falih qeyd edib ki, nümayəndə heyətinin tərkibində dövlət nümayəndələri də təmsil olunurlar: "Səudiyyə İnkişaf Fondu Azərbaycanda aktiv fəaliyyət göstərir. Fond 5 layihəni maliyyələşdirib. Onlar azad edilmiş ərazilərdə infrastruktur layihələrini maliyyələşdirməkdə maraqlıdılar".

"Biz Azərbaycan dövləti ilə 30 ildir ki, yan-yanayıq. Bizim üçün ən önəmli məsələlərdən biri azad edilmiş ərazilərə normal həyatın qayıtmasıdır", - səudiyyəli nazir əlavə edib.

Maliyyə Maliyyə
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (31.05.2023)

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (31.05.2023)

Maliyyə Maliyyə
Maliyyə naziri: "Maya dəyəri ilə satış qiyməti arasındakı fərqə görə 697 milyon manat ayrılacaq"

Maliyyə naziri: "Maya dəyəri ilə satış qiyməti arasındakı fərqə görə 697 milyon manat ayrılacaq"

Maliyyə Maliyyə
“Qazprombank” Azərbaycanın bank sisteminin vəziyyətini qiymətləndirib

“Qazprombank” Azərbaycanın bank sisteminin vəziyyətini qiymətləndirib

Maliyyə Maliyyə
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (17.10.2022)

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (17.10.2022)

Maliyyə Maliyyə
“Formula 1” Azərbaycan Qran Prisi ölkəmizə hansı iqtisadi töhfələr vəd edir?

“Formula 1” Azərbaycan Qran Prisi ölkəmizə hansı iqtisadi töhfələr vəd edir?

Maliyyə Maliyyə
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (16.01.2023)

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (16.01.2023)

Maliyyə Maliyyə
Nigar Vahabzadə: "DSMF-nin gəlirlərində büdcədən ayırmaların payı 20 %-dən aşağı düşüb"

Nigar Vahabzadə: "DSMF-nin gəlirlərində büdcədən ayırmaların payı 20 %-dən aşağı düşüb"

Maliyyə Maliyyə
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (02.02.2023)

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (02.02.2023)

Maliyyə Maliyyə
Maliyyə naziri: “Beynəlxalq maliyyə qurumları kredit xətləri təklif edir"

Maliyyə naziri: “Beynəlxalq maliyyə qurumları kredit xətləri təklif edir"

Maliyyə Maliyyə
"TuranBank"ın dəstək olduğu növbəti “YAŞAT” idman düşərgəsinə start verilib

"TuranBank"ın dəstək olduğu növbəti “YAŞAT” idman düşərgəsinə start verilib

Maliyyə Maliyyə
"Yelo Bank"ın kredit kartı ilə biznes planlarını təxirə salma

"Yelo Bank"ın kredit kartı ilə biznes planlarını təxirə salma

Maliyyə Maliyyə
Samir Şərifov: "Antiinflyasiya tədbirləri ilə qiymətlər azalacaq"

Samir Şərifov: "Antiinflyasiya tədbirləri ilə qiymətlər azalacaq"