ETSN dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib

ETSN dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Xidmətdən "Report"a bildirilib ki, martın 18-də dumanlı hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.