Ötən il 25006 nəfər cinayət törədib

Ötən il 25006 nəfər cinayət törədib

Ötən il Azərbaycanda 25006 nəfər cinayət törədib.

APA xəbər verir ki, bunu Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, onlardan 1299-u qadın, 494 nəfəri isə yetkinlik yaşına çatmayan şəxslər olub.

Bundan başqa, 2023-cü il ərzində 17966 təqsirləndirilən şəxs barəsində 16146 cinayət işi məhkəməyə göndərilib.