Bir ildə ölkədə 178 qəsdən adam öldürmə cinayəti baş verib

Bir ildə ölkədə 178 qəsdən adam öldürmə cinayəti baş verib

Azərbaycanda ötən il 178 qəsdən adam öldürmə cinayəti qeydə alınıb.

APA xəbər verir ki, bunu Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki 2022-ci ildə 65 qəsdən adam öldürməyə cəhd və 318 qəsdən sağlamlığa ağır zərər vurma cinayəti baş verib:
“Ötən il 19 zorlama, 317 mənimsəmə və israf etmə, 6951 oğurluq, 5622 dələduzluq, 204 soyğunçuluq, 71 quldurluq, 10057 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət baş verib”.