Ötən il prokurorluq orqanları tərəfindən 1216 fakt üzrə cinayət işi başlanılıb

Ötən il prokurorluq orqanları tərəfindən 1216 fakt üzrə cinayət işi başlanılıb

Ötən il prokurorluq orqanları tərəfindən 1216 fakt üzrə cinayət işi başlanılıb.
APA xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən kollegiya iclasında deyib.

O bildirib ki, həmin cinayət işlərindən 902 cinayət işinin istintaqı başa çataraq baxılması üçün məhkəmələrə göndərilib:
“448 cinayət işi üzrə icraata xitam verilib, 644 işin icraatı dayandırılıb, 434-ün isə işi növbəti ilə qalıq qalıb”.