Rusiyanı Ermənistan və Gürcüstanla birləşdirən yol bağlanıb

Rusiyanı Ermənistan və Gürcüstanla birləşdirən yol bağlanıb

Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən Gürcüstan Hərbi yolu əlverişsiz hava şəraiti ilə əlaqədar bağlıdır.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, əlverişsiz hava şəraitinə görə martın 15-də hər iki istiqamət üzrə yol nəqliyyatın hərəkəti üçün bağlanıb.

Rusiya tərəfdə yolun açılmasını gözləyən yük maşınlarının sayı 979-a çatıb.

Qeyd edək Ki, Gürcüstan Hərbi yolu hazırda Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.