ABŞ növbəti dəfə Yəmənə zərbə endirib

ABŞ növbəti dəfə Yəmənə zərbə endirib

ABŞ ordusu Yəmən ərazisinə növbəti dəfə zərbə endirib, hücumun hədəfi pilotsuz uçuş aparatları olub.

Birxeber.Az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“Martın 16-da saat 21:00-dan 22:30-a qədər “CENTCOM” Yəmənin Husilərin nəzarətində olan bölgələrində 5 dron və bir PUA məhv edib”, deyə məlumatda deyilir.

Bildirilir ki, sözügedən dronlar və PUA bölgədəki ticarət və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün təhlükə yaradıb.