Tramp seçkilərdə məğlub olacağı təqdirdə ABŞ-ın “qan gölünə” çevriləcəyini deyib

Tramp seçkilərdə məğlub olacağı təqdirdə ABŞ-ın “qan gölünə” çevriləcəyini deyib

ABŞ-ın keçmiş lideri Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlmədiyi təqdirdə ABŞ-ın “qan gölünə” çevriləcəyinə inanır.

“Birxeber.Az” xəbər verir ki, siyasətçi Daytonda tərəfdarları qarşısında çıxışı zamanı deyib:

“Mən seçilməsəm, qan gölməçəsi olacaq. Və bu, baş verəcək ən kiçik şeydir. Bu ölkə qan gölünə çevriləcək”, - deyə o əlavə edib.

Tramp bildirib ki, builki seçiklər əhəmiyyətinə görə əvvəlki seçkiləri üstələyir: “Biz tənəzzüldəyik. Amma biz hər şeyi dəyişəcəyik. Biz ABŞ-ı yenidən böyük ölkəyə çevirəcəyik”.