Bakıda motosiklet avtobusa çırpılıb

Bakıda motosiklet avtobusa çırpılıb

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

Birxeber.Az xəbər verir ki, qəza Zabrat qəsəbəsində baş verib.

Baxşıyev Elmir Hafiz oğlu idarə etdiyi motosikleti özəl müəsisələrin birinə məxsus avtobusa çırpıb.

Ağır xəsarət alan motosikletçi Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.