ABŞ polisi 3 nəfəri öldürən şəxsi saxlayıb - YENİLƏNİB

ABŞ polisi 3 nəfəri öldürən şəxsi saxlayıb - YENİLƏNİB

Trenton polisi ABŞ-ın şimal-şərqində, Pensilvaniya ştatının Folls-Taunşip şəhərində baş verən atışmada şübhəli bilinən 26 yaşlı Andre Qordonu saxlayıb.

“Birxeber.Az”un məlumatına görə, bu barədə “CNN” televiziya şirkəti məlumat yayıb.

“O, həbsdədir. Başqa heç kim xəsarət almayıb”, - Trenton polis rəisi Stiv Uilson deyib.

Atışma Pensilvaniyada Müqəddəs Patrik Günü paradının keçirildiyi yerin yaxınlığında baş verib.

Polisin məlumatına görə, silahlı insident zamanı 3 nəfər həlak olub. Qordon daha sonra avtomobili oğurlayaraq hadisə yerindən qaçıb. Trentona çatdıqdan sonra o, şəhərin yaşayış binalarından birində barrikada quraraq bir neçə nəfəri girov götürüb. Onlar xəsarət almayıblar.

2024-03-16 20:01

ABŞ-nin Pensilvaniya ştatının Folls-Taunşip yaşayış məntəqəsində silahlı şəxsin hücumu nəticəsində 3 nəfər həlak olub.

"Birxeber.Az" xəbər verir ki, bu barədə “Fox 29” telekanalı məlumat yayıb.

Bildirilib ki, üzərində silah olan 29 yaşlı Andre Qordon oğurlanmış avtomobillə şəhər ətrafında hərəkət edərək müxtəlif yerlərə atəş açıb.

İlk atışma Müqəddəs Patriarx Günü tədbirinin keçirildiyi yerin yaxınlığında baş verib. Təşkilatçılar tədbiri ləğv etməyə məcbur olublar.

Polis yerli sakinləri cinayətkarın axtarışı davam etdiyi müddətdə evlərinə qapanmağa və çölə çıxmamağa çağırıb.