Binədə 44 yaşlı kişi yol qəzasında ağır xəsarətlər alıb

Binədə 44 yaşlı kişi yol qəzasında ağır xəsarətlər alıb

Bakının Xəzər rayonunda 44 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Mustafayev Bəşir Əmiraslan oğlu idarə etdiyi velosipedlə minik avtomobilinə çırpılıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona müştərək travma, baş-beyinin ağır dərəcəli əzilməsi diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır .