Gəncədə yol qəzasında xəsarət alanların sayı artıb - YENİLƏNİB

Gəncədə yol qəzasında xəsarət alanların sayı artıb - YENİLƏNİB

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı artıb.

"Report"un Qərb bürosunun məlumatına görə, daha bir nəfər - 2002-ci il təvəllüdlü Z.Mahmudova xəsarət alıb.

Bununla da yol qəzasında xəsarət alanların sayı 3 nəfərə çatıb.

Faktla bağlı araşdırma aparılır.

23:30

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü C.Məmmədov və 1986-cı il təvəllüdlü Z.Əsgərova müxtəlif bədən xəsarətləri alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.