Ukraynanın baş naziri Vaşinqtona səfər edəcək
Ukraynanın baş naziri Denis Şmıxal Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının rəhbər orqanlarının yaz sessiyası çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etmək üçün gələn həftə Amerika paytaxtına səfər edəcək.
Birxeber Birxeber-ya istinadən xəbər verir ki, Ukrayna Nazirlər Kabinetinin rəhbəri ABC televiziyasına müsahibəsində səfərini təsdiqləyib.
Baş nazirdən beynəlxalq ictimaiyyətdən iqtisadi yardım istəmək üçün gələn həftə sessiyada iştirak edib-etməyəcəyi soruşulub. Şmixal cavab verib ki, bizim maliyyə qrupumuz gələn həftə Vaşinqtonda Dünya Bankının, BVF-nin, ABŞ Xəzinədarlığının bütün mütəxəssisləri və rəhbərləri ilə işləyəcək:
“Biz hamımız ölkəmizə maliyyə dəstəyi ilə bağlı danışıqlar aparıb məsləhətləşəcəyik".
O vurğulayıb ki, Ukraynaya humanitar və sosial öhdəliklərini yerinə yetirməsi üçün daha çox pul lazımdır:
"İndi iqtisadiyyatımızın yalnız yarısı işləyir, ona görə də biz maliyyə dəstəyi istəyirik”. Onun sözlərinə görə, ölkənin hərbi əməliyyatlarla bağlı büdcə kəsiri “hər ay üçün təxminən 5 milyard dollar təşkil edir”.
Birxeber