Gəncədə avtomobil təmiri sexləri yanıb - FOTO - YENİLƏNİB

Gəncədə avtomobil təmiri sexləri yanıb  - FOTO  - YENİLƏNİB

Gəncədə avtomobil təmiri sexində baş verən yanğın söndürülüb.

APA-nın yerli bürosunun məlumatına görə, yanğın zamanı bir neçə sex və bir avtomobil yanıb.

***
22:25

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Həmin ünvanda yerləşən avtomobil təmiri sexində anidən yanğın baş verib.

Dərhal əraziyə hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub.