Hərbi Prokurorluğun təqdimatı üzrə 5 nəfər işdən, 6 nəfər vəzifədən çıxarılıb

Hərbi Prokurorluğun təqdimatı üzrə 5 nəfər işdən, 6 nəfər vəzifədən çıxarılıb

2023-cü ildə Hərbi prokurorluq orqanları tərəfindən 3146 təqdimat verilmiş və 453 xəbərdarlıq edilib.

Birxeber.Az xəbər verir ki, bunu Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, baxılmış təqdimatlar üzrə 5 şəxs çalışdığı qurumdan xaric edilib, 6 şəxs tutduğu vəzifədən azad olunmuş və ya müvəqqəti olaraq vəzifəsinin icrasından kənarlaşdırılıb: “1 vəzifəli şəxs aşağı vəzifəyə keçirilib, 1 şəxsin 1 il müddətinə əməkhaqqı 20% azaldııb, 16 şəxsə töhmət və ya şiddətli töhmət verilib, 5 şəxsə xəbərdarlıq olunub, 44 halda əmək kollektivinin iştirakı ilə müzakirə olunub”.