İnMerge sammiti çərçivəsində dünyanın tanınmış simaları Azərbaycana gələcək

İnMerge sammiti çərçivəsində dünyanın tanınmış simaları Azərbaycana gələcək

Cari ilin oktyabrında Bakıda keçiriləcək İnMerge sammiti çərçivəsində ötən il olduğu kimi dünyanın tanınmış simaları Azərbaycana gələcək.

APA-Economics”in xəbərinə görə, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin icraçı direktoru Fariz Cəfərov 2023-cü il üzrə fəaliyyətə dair çıxışında deyib.

O bildirib ki, hazırda tanınmış simalarla danışıqlar prosesi aparılır və məlumatlar operativ şəkildə sammitin portalında paylaşılacaq.