Nigeriyada iki icma arasında qarşıdurmalara son qoymaq istəyən 16 hərbçi ölüb

Nigeriyada iki icma arasında qarşıdurmalara son qoymaq istəyən 16 hərbçi ölüb

Nigeriyada iki icma arasında qarşıdurmalara son qoymaq istəyən 16 hərbçi ölüb.

“Report” xəbər verir ki, bu barədə Nigeriya Silahlı Qüvvələrinin briqada generalı Tukura Qusau məlumat verib.

"Delta ştatının Bomadi bölgəsində 181-ci Hava Desant Batalyonunun komandiri, 2 mayor, 1 kapitan və 12 əsgəri həlak olub", - o, "Politics Nigeria" xəbər portalına deyib.

Bildirilib ki, onlar mühasirəyə alınaraq öldürülüblər.

Aidiyyəti qurumlar hadisə ilə bağlı araşdırma aparır. Artıq bir neçə nəfər həbs edilib.