Çin və ABŞ rəsmiləri Tailandda görüşəcək

Çin və ABŞ rəsmiləri Tailandda görüşəcək

Çinin xarici işlər naziri Van İ Tailanda səfər edəcək və ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşlərin yeni mərhələsini keçirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin məlumat verib.

Onun sözlərinə görə, Çin XİN başçısı yanvarın 26-dan 29-dək Tailandda səfərdə olacaq.

Xatırladaq ki, daha əvvəl Van İ və Ceyk Sallivan arasında gözlənilən görüş Ağ Ev tərəfindən təsdiqlənmişdi.