Hicran Hüseynova: Rusiyadakı prezident seçkiləri çox demokratik formada keçir

Hicran Hüseynova: Rusiyadakı prezident seçkiləri çox demokratik formada keçir

Seçkilər çox yaxşı səviyyədə, demokratik şəraitdə təşkil olunub, sakit keçir.

"Birxeber.Az" xəbər verir ki, bunu Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Rusiyadakı keçirilən prezident seçkilərilə bağlı jurnalistlərlə danışarkən deyib.

Onun sözlərinə görə, maraqlı bir neçə yenilik var:

"Məsələn, hələ pandemiya dövründə Rusiya elektron formatı yaratmışdı. İndi bu formatın səmərəsini nəzərə alaraq prezient seçkilərində də tətbiq edirlər və yaxşı nəticə verir. Biz bir neçə məntəqədə olmuşuq. İnsanların fəallığı yüksəkdir, heç kimə təzyiq yoxdur. Bir neçə məntəqədə müxalifət problemlər yaradıb. Ancaq bu hadisələr də təmkinlə yola verilib".

H.Hüseynova qeyd edib ki, Rusiyaya bu seçkilərdə bir çox ölkələrdən nümayəndələr gəlib. Onun sözlərinə görə, hamıya, xüsusilə də Azərbaycan nümayəndə heyətinə diqqət ayrılır:

"Bu da təbiidir. Azərbaycan ilə Rusiya arasında, ölkələrimizin prezidentləri arasında münasibətlər yüksək səviyyədədir. Azərbaycan nümayəndə heyətinə olan xüsusi diqqət və qayğı bir daha göstərir ki, ölkəmiz dünya arenasında nüfuza malikdir".

Azərbaycan nümayəndə heyəti bir neçə məntəqədə olacaq. Martın 18-də Dövlət Dumasının komitə sədrləri ilə görüşlərimiz nəzərdə tutulub.