Zaqatalada 18 yaşlı gənc partlayış nəticəsində ölüb

Zaqatalada 18 yaşlı gənc partlayış nəticəsində ölüb

Zaqatala rayonunda 18 yaşlı gənc partlayıcı maddənin partlaması nəticəsində ölüb.

Bu barədə "Birxeber.Az"a Daxili İşlər Nazirliyinin(DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, martın 16-da saat 14:30 radələrində Zaqatala rayonu ərazisində 2006-cı il təvəllüdlü Ömərov Məhəmməd Kamal oğlunun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Araşdırma aparılır.