Lebron Ceyms NBA tarixinə düşüb

Lebron Ceyms NBA tarixinə düşüb

“Los Anceles Leykers”in basketbolçusu Lebron Ceyms NBA tarixinə düşüb.

“Report” xəbər verir ki, 39 yaşlı idmançı “All Stars” oyunu üçün Qərb komandasının start “5-liy”inə daxil olmaqla bunu bacarıb.

Dördqat NBA çempionu 20-ci dəfə ulduzlar arasında gerçəkləşəcək görüşdə iştirak edəcək. İndiyə qədər heç bir basketbolçu bu göstəriciyə imza ata bilməyib.

Qeyd edək ki, 73-cü “All Stars” oyunu fevralın 18-də İndianapolisdə keçiriləcək. Lebron Ceyms 2005-ci ildən bəri hər il ulduzların qarşılaşmasına cəlb edilib.