Gürcüstanın Baş naziri: Əməkdaşlığı dərinləşdirmək, irəli aparmaq üçün qarşılıqlı səfərlərimiz davam edəcək

Gürcüstanın Baş naziri: Əməkdaşlığı dərinləşdirmək, irəli aparmaq üçün qarşılıqlı səfərlərimiz davam edəcək

Bu gün keçirilən görüşümüzdə Azərbaycanla Gürcüstan arasında ticarət məsələsini də müzakirə etdik.

APA-nın xəbərinə görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Respublikasının Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında bildirib.

“Azərbaycan Gürcüstanın xarici ticarətində ilk 5-likdə yer alır. Qarşılıqlı səfərlər davam edəcək. Bu sahədə də əməkdaşlığı dərinləşdirmək, irəli aparmaq üçün qarşılıqlı səfərlərimiz davam edəcək” , – deyə Gürcüstanın Baş naziri deyib.