Ermənistan Rusiyada keçirilən prezident seçkilərini müşahidə edən KTMT PA missiyasında iştirakdan imtina edib

Ermənistan Rusiyada keçirilən prezident seçkilərini müşahidə edən KTMT PA missiyasında iştirakdan imtina edib

Ermənistan Rusiyada keçirilən prezident seçkilərini müşahidə edən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyası missiyasında iştirakdan imtina edib.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, Rusiyada keçirilən prezident seçkilərində KTMT PA-nın müşahidə missiyasının tərkibində Ermənistanın nümayəndələri yoxdur.

Bu faktı missiyanın nümayəndələri də təsdiqləyib.

Qeyd edək ki, rəsmi İrəvan bir müddət əvvəl Ermənistanın KTMT-də fəaliyyətini dondurduğunu açıqlayıb.