DİN: Zaqatalada qumbara partlaması nəticəsində ölüm faktı ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

DİN: Zaqatalada qumbara partlaması nəticəsində ölüm faktı ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

Martın 16-da saat 14:30 radələrində Zaqatala rayonu ərazisində 2006-cı il təvəllüdlü Ömərov Məhəmməd Kamal oğlunun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib. Qeyd olunub ki, hadisə ilə bağlı araşdırma aparılır.

***

15.34

Zaqatalada 18 yaşlı gənc əlində qumbara partlaması nəticəsində ölüb.

APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, hadisə günorta saatlarında rayonun Pərzivan adlanan ərazisində baş verib. Rayonun Muxax kənd sakini Məhəmməd Kamal oğlu Ömərov ərazidən qumbara tapıb. M. Ömərov tapdığı qumara ilə ehtiyatsız davrandığından əlində partlayıb.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan M. Ömərov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.