Gürcüstan Baş naziri: Ölkələrimiz arasında tərəfdaşlıq və əməkdaşlıq qlobal kontekstdə də çox vacibdir

Gürcüstan Baş naziri: Ölkələrimiz arasında tərəfdaşlıq və əməkdaşlıq qlobal kontekstdə də çox vacibdir

Azərbaycan Prezidentin təşəkkür edirəm ki, ölkəniz hər zaman Gürcüstanın suverenliyini, müstəqilliyini dəstəkləyib.

"Report"un xəbərinə görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Respublikasının Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında bildirib.

“Bu gün çox məhsuldar görüşümüz oldu. Qlobal hadisələri də müzakirə etdik. Ölkələrimiz arasında tərəfdaşlıq və əməkdaşlıq qlobal kontekstdə də çox vacibdir. Biz maksimum dərəcədə sabitliyə töhfə verməyə çalışmışıq. Bu, gələcəkdə də davam edəcək” , – deyə Gürcüstanın Baş naziri bildirib.