İtaliya Qərb ölkələrinin Ukrayna ilə bağlı görüşünü məqsədyönlü saymır

İtaliya Qərb ölkələrinin Ukrayna ilə bağlı görüşünü məqsədyönlü saymır

Almaniya, Polşa və Fransa arasında Ukraynaya yardımla bağlı görüş məqsədyönlü deyil.

“Report” xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Quido Krozetto “La Repubblica” qəzetinə müsahibəsində bildirib.

“Mənə elə gəlir ki, Ukraynaya kömək edən koalisiyaları belə çətin anda bir neçə hissəyə bölməyə davam etmək məqsədyönlü düyil”, - nazir deyib.

Onun fikrincə, Qərb bu yolla Rusiyanı sülh danışıqlarına razı sala bilməyəcək.

Qeyd edək ki, martın 9-da Fransanın Ukraynaya qoşun yeritməyə hazır olan Avropa ölkələrinin daxil olacağı ittifaq yaratmağa başladığı barədə məlumatlar yayılmışdı.