ƏƏSMN-in e-xidmətlərinə yanvar-fevral aylarında 545 min müraciət qeydə alınıb

ƏƏSMN-in e-xidmətlərinə yanvar-fevral aylarında 545 min müraciət qeydə alınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2024-cü ilin ilk iki ayında 545 min müraciət qeydə alınıb.

APA ƏƏSMN-ə istinadən xəbər verir ki, ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 857 min dəfə istifadə olunub. 45,8 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.

Həmin qurumlardan sorğular da daxil olmaqla, ümumilikdə Nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 100 milyon olub.