İsmahane Eluafe: Müasir çağırışlar bərabərsizlik üçün şərait yaradır

İsmahane Eluafe: Müasir çağırışlar bərabərsizlik üçün şərait yaradır

“Cəmiyyətin hazırda üzləşdiyi problemlər bərabərsizliyə zəmin yaradır”.

“Report” xəbər verir ki, bunu “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən Xl Qlobal Bakı Forumunda panel müzakirəsi zamanı CGIAR-in (ərzaq təhlükəsizliyi sahəsində tədqiqatla məşğul olan beynəlxalq təşkilatları birləşdirən qlobal tərəfdaşlıq) icraçı direktoru İsmahane Eluafe deyib.

Onun sözlərinə görə, bərabərsizliklə mübarizə qlobal gündəm olmalıdır. Eluafe həmçinin vurğulayıb ki, bu mənada davamlılıq vacibdir, bu da öz növbəsində böhranlara, pandemiyalara və münaqişələrə uyğunlaşmaq qabiliyyətidir.