“Mançester Siti” və “Liverpul”un futbolçuları Azərbaycanla oyun üçün Bakıya gələcəklər

“Mançester Siti” və “Liverpul”un futbolçuları Azərbaycanla oyun üçün Bakıya gələcəklər

21 yaşadək futbolçulardan ibarət İngiltərə millisinin Avropa çempionatının seçmə mərhələsində Azərbaycan və Lüksemburqla keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.

“Report”un məlumatına görə, baş məşqçi Li Karsli qarşıdakı rəsmi matçlar üçün 24 futbolçuya dəvət göndərib.

Bakıya gələcək oyunçular arasında “Mançester Siti”, “Liverpul”, “Çelsi”, “Mançester Yunayted” və “Yuventus” kimi nəhəng klubların üzvləri də var.

Qapıçılar: Mettyu Kox (“Bristol Rovers”), Sem Tikl (“Viqan”), Ceyms Trefford (“Bernli”).

Müdafiəçilər: Çarli Kressuell (“Lids”), Kallum Doyl (“Lester”), Teylor Harvud-Bellis (“Sauthempton”), Riko Lyuis (“Mançester Siti”), Teden Menqi (“Lyuton”), Jarell Kuansa (“Liverpul”), Bruk Norton-Kaffi (“Milluoll”), Natan Vud (“Suinsi”).

Yarımmüdafiəçilər: Karni Çukvuemeka (“Çelsi”), Hervi Elliott (“Liverpul”), Kobbi Mayno (“Mançester Yunayted”), Ceyms Makati (“Şeffild Yunayted”), Tayler Morton (“Hall Siti”), Arçi Qrey (“Lids”), Aleks Skott (“Bornmut”).

Hücumçular: Ceymi Binoe-Gittens (“Borussiya”, Dortmund), Cey Stansfild (“Birmingem”), Sem İlinq-Junior (“Yuventus”), Noni Madueke (“Çelsi”), Caden Filoqene (“Hall Siti”), Morqan Rojer (“Aston Villa”).

Qeyd edək ki, İngiltərə yığması martın 22-də Bakıda Azərbaycan millisinin qonağı olacaq, dörd gün sonra Boltonda Lüksemburqu qəbul edəcək.