Samir Məmmədov: Azərbaycan kiberhücumlara ən çox məruz qalan ölkələrdən biri olub

Samir Məmmədov: Azərbaycan kiberhücumlara ən çox məruz qalan ölkələrdən biri olub

Dünyada təhlükəsizlik dinamikası artıq fərqli şəkildə tərtib edilir.

APA xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov XI Qlobal Bakı Forumu çərçivəsində panel müzakirə zamanı deyib.

"Bir neçə il ərzində Azərbaycan kiberhücumlara ən çox məruz qalan ölkələrdən biri olub. Bu da daha çox qonşu ölkələr tərəfindən edilib. Kiberhücumlar artma dinamikasındadır. "Təəssüf ki, bununla bağlı acınacaqlı sitatistika mövcuddur. Azərbaycan timsalında biz də ciddi problemlərlə üzləşmişik", - o əlavə edib.

Nazir müavininin sözlərinə görə, əlverişli, çevik stategiyalar tələb olunur: "Prezident İlham Əliyev tərəfindən bu yöndə davamlı şəkildə imzalanan Sərəncamlar növbəti 4 il üçün ciddi təməl rolunu oynayır. Biz həmçinin beynəlxalq saziş və müqavilələrə qoşulmalıyıq. Türk Dövlətəri Təşkilatı ilə məhz bu cür əməkdaşlığa artıq imza atılıb".

Samir Məmmədov dünyada bu sahə üzrə ekspertlərə ehtiyac duyulduğunu da vurğulayıb: "Biz də bu cür ciddi problemlərlə üzləşirik".