BAXCP-nin adı dəyişib - YENİLƏNİB

BAXCP-nin adı dəyişib - YENİLƏNİB

BAXCP-nin adı dəyişib.

Birxeber.Az xəbər verir ki, bu barədə Partiyanın növbədənkənar VII qurultayında qərar qəbul edilib. Partiyanın adı dəyişdirilərək, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası olub.

Qeyd edək ki, növbəti mərhələdə partiya bununla bağlı Ədliyyə Nazirliyinə müvafiq qaydada müraciət edəcək.

***

13.04

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) növbədənkənar qurultay keçirir.

Birxeber.Az xəbər verir ki, qurultayın gündəliyinə partiyanın adında dəyişiklik edilməsi daxil edilib.

Partiyanın adının Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası adlandırılması təklif olunur.