Egemen Bağış: Azərbaycanın Böyük Zəfərinin qazanılmasında süni intellektin də payı var

Egemen Bağış: Azərbaycanın Böyük Zəfərinin qazanılmasında süni intellektin də payı var

Azərbaycan xalqını doğma Qarabağın azad olunması, eləcə də Prezident İlham Əliyevin yenidən prezident seçilməsi münasibətilə təbrik edirəm.

APA xəbər verir ki, bunu Türkiyənin Çexiyadakı səfiri Egemen Bağış XI Qlobal Bakı Forumu çərçivəsində panel müzakirə zamanı deyib.

"Azərbaycanın Böyük Zəfərinin qazanılmasında süni intellekt, şübhəsiz, pay sahibi olub", - o əlavə edib.

Səfir müharibə zamanı Azərbaycanın müəyyən kiberhücumlara məruz qaldığını vurğulayıb.