Xorvatiyanın eks-prezidenti: Qərbi Balkan ölkələri Aİ-yə üzv olmaq üçün islahatlar aparmalıdır

Xorvatiyanın eks-prezidenti: Qərbi Balkan ölkələri Aİ-yə üzv olmaq üçün islahatlar aparmalıdır

Qərbi Balkan ölkələri Avropa İttifaqına (Aİ) üzv ola bilərlər, lakin bunun üçün onlar bir sıra islahatlar aparmalıdırlar.

“Birxeber.Az” xəbər verir ki, bunu “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən Xl Qlobal Bakı Forumunda panel müzakirəsi zamanı Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç deyib.

“Bəzi kriteriyalara görə Aİ-nin bu məsələdə mövqeyi tam aydın deyil. Regionumuzda (Balkan yarımadasında - red.) təhlükəsizlik problemləri var ki, bu da Aİ ilə münasibətlərə təsir edir”. – o bildirib.

Eks-prezident xatırladıb ki, Türkiyə Xorvatiya ilə eyni vaxtda Aİ-yə daxil olmaq üzrə danışıqlara başlayıb. Bununla belə, Türkiyənin üzvlüklə bağlı vəziyyəti Xorvatiyadan bir qədər mürəkkəbdir.

“Aİ anlamalıdır ki, Türkiyə ilə daha güclü ola bilər, nəinki onsuz”, - İ.Yosipoviç əlavə edib.