Samir Məmmədov: "Azərbaycanda kibertəhlükəsizlik sahəsində daha əlverişli strategiyaya ehtiyac var"

Samir Məmmədov: "Azərbaycanda kibertəhlükəsizlik sahəsində daha əlverişli strategiyaya ehtiyac var"

Azərbaycanda kibertəhlükəsizlik sahəsində daha əlverişli yeni strategiyaya ehtiyac var.

"Report" xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Xl Qlobal Bakı Forumu çərçivəsində "Süni intellekt və dronlar əsrində yəni təhlükəsizlik paradiqması" mövzusunda keçirilən panel iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son illər Azərbaycan kiberhücumlara məruz qalır: "Ümumiyyətlə dünyada kiberhücumlar getdikcə artır. Ona görə də bu sahədə ekspertlərə ehtiyac və yeni strategiyalara ehtiyac var".

S. Məmmədov əlavə edib ki, Azərbaycan bu istiqamətdə ciddi addımlar atır: "Kibertəhlükəsizlik sahəsində insan kapitalı getdikcə inkişaf edəcək. Biz daha ciddi addımlar ataraq, ekspertlərin sayını artıracağıq".