Bakıda bərpa olunan enerji ilə bağlı İnvestisiya Forumu keçirilə bilər

Bakıda bərpa olunan enerji ilə bağlı İnvestisiya Forumu keçirilə bilər

Bakıda bərpa olunan enerji ilə bağlı İnvestisiya Forumunun keçirilməsi məsələləri müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) baş direktoru Françesko La Kamera ilə Azərbaycanın təşkilatla əməkdaşlığının inkişafı ilə bağlı görüşümüz oldu. Enerji Keçidinin Sürətləndirməsi Platforması (ETAF) COP29 çərçivəsində IRENA ilə əməkdaşlığı müzakirə etdik".

Görüşdə Azərbaycanda bərpa olunan enerji güclərinin və regional “yaşıl enerji dəhliz”lərinin yaradılması, “yaşıl enerji” texnologiyalarının inkişafı, ölkəmizlə IRENA arasında əməkdaşlığın mövcud vəziyyəti, eləcə də perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Həmçinin ETAFvasitəsilə bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsinin təşviqi üzrə əməkdaşlıq imkanları dəyərləndirilib: "Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində əməkdaşlıq, IRENA-nın Şərq Tərəfdaşlığı ölkələri üçün Bərpa Olunan Enerji üzrə Yol Xəritələri təşəbbüsü, bu ilin aprel ayında Abu Dabidə keçiriləcək IRENA Assambleyasının on dördüncü sessiyasında iştirak, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb".