Azərbaycan millisinin sabiq futbolçusu xəstəlikdən sağalıb

Azərbaycan millisinin sabiq futbolçusu xəstəlikdən sağalıb

Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov xəstəlikdən sağalıb.

“Birxeber.Az”un “berliner-kurier.de” saytına istinadən məlumatına görə, Almaniyanın “Dinamo” komandasında çıxış edən hücumçu artıq kollektivə qoşulub.

Bunu baş məşqçi Dirk Kunert açıqlayıb. O bildirib ki, cari mövsüm 14 qolla komandanın ən məhsuldar oyunçusu olan Dadaşov Regionalliqanın XXVI turunda “Çemnitzer”lə keçiriləcək oyunda meydanda olacaq: “Dadaşov səhhətindəki problemə görə ötən turdakı matçımızı buraxmışdı. Ancaq indi bizimlə birlikdədir və növbəti görüşə hazırdır”.

Qeyd edək ki, “Dinamo” – “Çemnitzer” oyunu bu gün keçiriləcək. Berlin klubu hazırda 50 xalla ikinci pillədə qərarlaşır və liderdən cəmi 2 xal geri qalır.