Nobel sülh mükafatı laureatı: Xaosun fəsadlarından biri uşaqların insan alverinin qurbanına çevrilməsidir

Nobel sülh mükafatı laureatı: Xaosun fəsadlarından biri uşaqların insan alverinin qurbanına çevrilməsidir

Dünyada müharibələrin nəticəsi olaraq ciddi xaoslar baş verir.

"Birxeber.Az" xəbər verir ki, Nobel sülh mükafatı laureatı Kailaş Satyarti (Kailash Satyarthi) "Qlobal Çağırışlara Dayanıqlılığın Yaradılması: Resursların Qıtlığı və Miqrasiya" panelində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, xaosun yaratdığı fəsadlardan biri uşaqların insan alverinin qurbanına çevrilməsidir:

"Müharibələr dayandırılmalıdır. Eyni zamanda insanlar, o cümlədən uşaqlar təbii fəlakətlərin, iqlim dəyişikliyinin qurbanı olurlar. Onlar buna layiq deyillər. Hər kəsin yaşamaq hüququ var”.