Belqorodun atəşə tutulması zamanı iki nəfər həlak olub

Belqorodun atəşə tutulması zamanı iki nəfər həlak olub

Belqorodun atəşə tutulması zamanı iki nəfər həlak olub.

APA xəbər verir ki, şəhər qubernatoru Qladkov deyib ki, ölənlərdən biri kişi olub: "O, yük maşını idarə edirmiş. Mərmi avtomobilə dəyib və o, avtobusa çırpılıb. Ölən ikinci şəxs isə qadın olub. O, oğlu ilə itləri yedizdirməyə gedirmiş. Həkimlər oğlunun həyatı üçün mübarizə aparır.
Daha iki nəfər isə yaralanıb".

Qubernatorun sözlərinə görə, “Vampire” çoxillik raket sistemindən səkkiz raket vurulub.