Çexiyanın eks-baş naziri: İqlim dəyişikləri ilə bağlı problemlər həllini tapmalıdırlar

Çexiyanın eks-baş naziri: İqlim dəyişikləri ilə bağlı problemlər həllini tapmalıdırlar

Hər gün yeni çağırışlar meydana gəlir, çox mürəkkəb dünyada yaşayırıq.

"Report" xəbər verir ki, bunu Çexiyanın keçmiş baş naziri Jan Fiçer (Jan Ficher) "Qlobal Çağırışlara Dayanıqlılığın Yaradılması: Resursların Qıtlığı və Miqrasiya" panelində çıxışı zamanı deyib.

Siyasətçi söyləyib ki, bu gün dünyada əsas problemlərdən biri də iqlim dəyişikliyi ilə bağlıdır: "Üstəgəl, biz hələ pandemiyanın təsirlərindən xilas olmamışıq. Belə olan halda dünya miqyasında iqlim dəyişikləri ilə bağlı problemlər həllini tapmalıdırlar".